Azərbaycanda hansı hallarda KİV-ə senzura və məhdudiyyət qoyulması müəyyənləşir

Ölkə içi / Manşet

981

Azərbaycanda hansı hallarda KİV-ə senzura və məhdudiyyət qoyulması müəyyənləşir
Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

VOİCEPRESS.AZ
xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə müzakirəyə çıxarılıb.

Əlavələrə görə, hərbi vəziyyət dövründə "Hərbi vəziyyət haqqında" qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.

O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.

VOİCEPRESS.AZ


Ранее » Vaqif Qarayev: "Deputatın ölümünə səbəb olan dərman..."« Далее Erməni ordusu cəbhədə təxribat törətdi: kənd sakini yaralandı