• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Bakı metrosunda aksiya - Video

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münsibətinə Bakı Metropolitenində aksiya keçirilib.

Bakı Metropoliteni QSC-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

Fləşmob H.Əliyevin "...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il Azərbaycan Respublikasında Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.




VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter