Ramil Usubov bu şəxslərə vəzifə verdi

Ölkə içi

630

Ramil Usubov bu şəxslərə vəzifə verdi
Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

VOİCEPRESS.AZ report-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin edilib.

Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

VOİCEPRESS.AZ

Ранее » Zakir Həsənov hospitaldakı hərbçilərlə görüşdü« Далее Bu gün biz Azərbaycana uzanan maşalarla rastlaşırıq-VİDEO
Flag Counter