Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib

Ölkə içi

2 115

Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib
Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına baxış keçirilib.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.



VOİCEPRESS.AZ


Ранее » Növbəti monitorinq keçiriləcək« Далее “Real” TV fəaliyyətə başladı