Metroda məşhur şairin əsərləri təqdim olunacaq

Ölkə içi / Maraq

936

Metroda məşhur şairin əsərləri təqdim olunacaq
Bakı Metropoliteni QSC-nin dəstəyi və Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə 15 mart 2018-ci il tarixində saat 15:00-da “Macar şairi Şandor Petöfinin əsərləri” adlı sərginin təqdimatı olacaq.

VOİCEPRESS.AZ xəbər verir ki, təqdimat mərasimi Bakı Metropoliteninin “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyasının vestibülündə keçiriləcək.

Təqdimat mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Bakıdakı səlahiyyətli səfiri və Bakı Metropoliteni QSC-nin əməkdaşları iştirak edəcəklər.

Qeyd edək ki, Şandor Petöfi 170 il əvvəl - 1848-ci il martın 15-də başlamış inqilabın liderlərindən biri olub. O, azadlıq uğrunda mübarizə apararaq döyüş meydanında həlak olub.

VOİCEPRESS.AZ


Ранее » Mirşahin: "Məni söyənlərin arxasına baxın!"« Далее İcra başçısı rinqə çıxdı