Yanğında 24 nəfərin öldüyü Narkoloji Mərkəzin əvəzinə yenisi istifadəyə veriləcək

Ölkə içi

1 035

Yanğında 24 nəfərin öldüyü Narkoloji Mərkəzin əvəzinə yenisi istifadəyə veriləcək
Bu yaxınlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşəcək. Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib.

Qeyd edək ki, martın 2-də səhər saatlarında Bakıda Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində güclü yanğın baş verib.

Yanğın zamanı xəstəxanada müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adam vaxtında təxliyə edilsə də, həyata keçirilmiş bütün zəruri tədbirlərə baxmayaraq, 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

VOİCEPRESS.AZ


Ранее » Yanğında zəhərlənənlərin ADLARI« Далее Yaqland Narkoloji Mərkəzdəki yanğınla bağlı başsağlığı ver...