• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

CƏFƏR CABBARLININ QIZI DƏFN OLUNUB

"Təzə pir” məscidində Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə vida mərasimi keçirilib.

VOİCEPRESS-in verdiyi xəbərə görə, vida mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, mərhumun ailə üzvləri və başqa şəxslər iştirak ediblər.

Vida mərasimindən sonra G. Cabbarlı Yasamal qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 1930-cu ildə anadan olan G. Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib. 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.
G. Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.




VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter