Azərbaycanlı ailə yanğında öldü

Ölkə içi / Manşet

252

Azərbaycanlı ailə yanğında öldü
Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb. VOICEPRESS-in verdiyi xəbərə görə, bu haqda APA-nın Rusiya bürosuna Orenburqdaki Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov məlumat verib.

Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır.




VOİCEPRESS.AZ


Ранее » Bayılda dəhşətli sürüşmə kameraya düşdü - VİDEO« Далее “Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcə...