Klassik Xalq Cəbhəsi Partiyasında istefalar başladı

Ölkə içi

981

Klassik Xalq Cəbhəsi Partiyasında istefalar başladı
Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) funksioner istefa verib.

VOİCEPRESS.AZ
-ın PressClub.Az-a istinadən məlumatına görə, partiyanın Nəsimi rayon təşkilatının sədri Südeyif Sadıqlı qurumdan istefa verdiyini açıqlayıb: "KXCP Nizami rayon şöbəsinin sədri olaraq partiya sıralarından istefa verirəm". S.Sadıqlı bunun səbəbini açıqlamayıb.

PressClub.Az-ın əldə etdiyi məlumata görə isə istefanın səbəbi KXCP sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərinə namizədliyini verməsidir. Bildirilir ki, partiya funksionerlərinin əksəriyyəti Mirmahmud Mirəlioğlunun seçkilərə qatılmasının əleyhinədir. Onlar partiyanın boykot yolu tutmasının tərəfdarıdırlar. Mirəlioğlu isə onlarla razı olmadığından, istefaya getməkdədirlər. Məlumata görə, bundan sonra bir neçə şəxs də istefa verməyi düşünür.

VOİCEPRESS.AZ


Ранее » Rusiyada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşının o...« Далее Zeynal Nağdəliyev: "Prezident seçkilərində 1000 veb-kamera qura...