Rusiyada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşının olması təsdiqlənib

Ölkə içi

162

Rusiyada qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşının olması təsdiqlənib
Rusiya FHN qəzaya uğrayan "An-148" təyyarəsinin göyərtəsində iki xarici vətəndaş - Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.

VOİCEPRESS.AZ
bildirir ki, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: "Ulrich Klaeui - İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov - Azərbaycan Respublikasının vətəndaşı".

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

VOİCEPRESS.AZ


Ранее » Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini çətinləşdi...« Далее Klassik Xalq Cəbhəsi Partiyasında istefalar başladı