Müəlliflərin Müəllif Hüquqları Agentliyinə ödəyəcək haqqın məbləği müəyyənləşib

Ölkə içi

900

Müəlliflərin Müəllif Hüquqları Agentliyinə ödəyəcək haqqın məbləği müəyyənləşib
Azərbaycan Respublikası Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar qəbul edib. Qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

VOİCEPRESS.AZ bildirir ki, qərar Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarının 5 (beş) faizini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə illik haqq şəklində ödənişi nəzərdə tutur.

Həmçinin qərara alınıb ki, Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etsinlər.

VOİCEPRESS.AZ


Ранее » Alpinistləri axtarmaq üçün gələn türkiyəli mütəxəssislər a...« Далее Qatı duman Ələt-Astara magistralında nəqliyyatın hərəkətini ...