Azad Rəhimov: Azərbaycan gəncləri seçkilərdə yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək

Ölkə içi

927

Azad Rəhimov: Azərbaycan gəncləri seçkilərdə yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək
Azərbaycan gəncləri prezident seçkilərində fəal iştirak edəcək və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

VOİCEPRESS.AZ
bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitəsində keçirilən konfransda deyib.

O qeyd edib ki, aprelin 11-də keçiriləcək seçkilərə nazirlik gəncləri cəlb edəcək: "Son bir neçə il ərzində ölkədə iri idman tədbirləri, o cümlədən Avropa Oyunları, İslam Oyunları, Şahmat Olimpiadası keçirilib. Bu tədbirlərə yüz minlərlə Azərbaycan vətəndaşı cəlb olunub və idman obyektlərinin tikintisində və təşkilat işlərində iştirak edib. Bu, onlara təcrübə toplamaqda kömək edib. İndi onlar digər ölkələrdə keçirilən idman tədbirlərinə cəlb olunur. Azərbaycanlı gənclər Aşqabadda keçirilmiş Asiya Oyunlarının təşkilində fəal iştirak edib".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

VOİCEPRESS.AZ


Ранее » “Sədərək” TM-ə giriş 6 dəfə bahalaşdı« Далее Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?...