Qoşqar Təhməzli: “Bu sahədə islahata ehtiyac var”

Ölkə içi / Səhiyyə

1 269

Qoşqar Təhməzli: “Bu sahədə islahata ehtiyac var”
“Azərbaycanda Qida Təhlükəsizliyi Agentiyinin yaranması o demək deyil ki, indiyədək ölkəmizdə bu sahəyə nəzarət edilmirdi. Sadəcə, indiyə kimi bu nəzarət icra orqanları tərəfindən həyata keçirilirdi”.

VOİCEPRESS.AZ
-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. O bildirib ki, agentliyin yaradılmasının səbəbi ölkə başçısının həyata keçirdiyi islahatların növbəti mərhələsidir.

“Belə bir qurumun yaradılması bu sahədə islahata ehtiyacın olduğunu ortaya qoydu”.

Qurum sədri deyib ki, agentliyin əsas vəzifələrindən biri qida təhlükəsizliyi serifikatının verilməsidir ki, bu da idxalçı dövlətin tələbinə uyğun sertifikatlaşdırma əsasında həyata keçiriləcək.

“Bura MDB, İslam dövlətləri, Avropa İttifaqına daxil ölkələr və digərləri ola bilər. Qarşımıza qoyulan əsas məqsəd idxalçı dövlətin tələbatına uyğun sertifikat təqdim etməkdir. Beynəlxalq qurumlar da Azərbaycanın bir qurumunu tanımalı və əməkdaşlıq onunla davam etdirilməlidir”.

Q. Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətinin əsasını bu sahəyə nəzarət etmək təşkil edir.


VOİCEPRESS.AZ


Ранее » Əhliman Əmiraslanov: "Donor çatışmır"« Далее Bakıda ruhi əsəb dispanserində maraqlı olay