Şimal bölgəsindəki qəzada ölən və yaralananların adları

Ölkə içi / Manşet

3 239

Şimal bölgəsindəki qəzada ölən və yaralananların adları
Quba ağır yol qəzası baş verib. VOİCEPRESS.Az-ın məlumatına görə, Qubadan İspik istiqamətinə gedən Qazel markalı yük avtomobili ilə BMV markalı avtomaşın toqquşub. Ölən və yaralılar var.

Şahidlərin bildirdiyinə görə, təcili yardım maşını 20-25 dəqiqədən çoxdur ki, hadisə yerinə gəlməyib və yaralılardan biri ölüb.

Quba rayon mərkəzi xəstəxanasının təcili yardım həkiminin deyilənlərə münasibəti isə belə oldu.

Təcili yardım həkimi Məmməd Məmmədov deyir ki, çağırışda olduqları üçün gec gəliblər.

Qəza nəticəsində BMV-nin sürücüsü, Naxçıvanın Şərur rayon sakini, 39 yaşlı Vahid Heydərov hadisə yerində keçinib. BMV-nin sərnişini, 28 yaşlı Fərhad Həsənov və Qazelin sürücüsü, 77 yaşlı Hamlet Əzizov, eləcə də onun ailə üzvləri, 65 yaşlı Səkinə, 3 yaşlı Nərmin, 9 yaşlı Əziz və 9 yaşlı Amin Aslanov ağır xəsarətlərlə Qubanın mərkəzi xəstəxanasına çatdırıblar.

Qəza baş verən yolda bir neçə saatlığa tıxac yaranıb.


VOİCEPRESS.AZ

Ранее » Qəbələdə zəlzələ oldu« Далее Metro stansiyası gediş-gəlişə bağlanır