Artilleriyamız atışlara başladı - Video

Ölkə içi / Manşet

459

Artilleriyamız atışlara başladı - Video
Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib. Artilleriya birləşməsi qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməklə müəyyən edilmiş hədəfləri dərhal məhv edib.

Təlimlərə cəlb edilən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.



VOİCEPRESS.AZ


Ранее » MSK-dan növbədənkənar prezident seçkiləri ilə bağlı AÇIQLAMA« Далее Ermənilər kəndlərimizi atəşə tutdu
Flag Counter