Sürücülərin nəzərinə- Bu maşınlar birbaşa duracağa gətiriləcək

Ölkə içi

828

Sürücülərin nəzərinə- Bu maşınlar birbaşa duracağa gətiriləcək
Sürücülük vəsiqəsi və digər sənədlərin sürücünün üzərində olmamasına görə avtomobilin cərimə meydançasına aparılmaması üçün verilən 3 saatlıq müddət ləğv edilir. VOİCEPRESS.AZ bildirir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunda edilmiş dəyişiklik inzibati xətalar məcəlləsinə uyğunlaşdırılıb.

Bir sözlə sürücülərin sənədlərinin bort kompyuterlər vasitəsilə qaydasında olduğu aşkar edildikdən sonra onlar yollarına davam edə biləcəklər. Yəni onların bu səbəbə görə müvəqqəti duracağa aparılmasından söhbət belə gedə bilməz.

Əgər avtomobillərdə kiçik texniki nasazlıq aşkar edilərsə, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdirildiqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs və ya sayrışan işıq siqnallari ilə təchiz edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlari və ya onlardan biri olmadiqda, yaxud qeyri-standart olduqda və digər səbəblərə görə saxlanılarsa, bu səbəbləri aradan qaldırmaq üçün 3 saatlıq müddət ləğv ediilir. Yəni avtomobillər bu səbəblərə görə cərimə meydançasına aparılacaq.

VOİCEPRESS.AZ


Ранее » Yasamal rayonuna yeni icra başçısı təyin edilib« Далее Bayılda sürüşmə zonasında işıq, qaz və su xətlərinin sökü...
Flag Counter