Əməliyyat Qərargahdan alpinistlərin axtarışı ilə bağlı SON MƏLUMAT

Ölkə içi

972

Əməliyyat Qərargahdan alpinistlərin axtarışı ilə bağlı SON MƏLUMAT
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb.

VOİCEPRESS.AZ
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulmuşdur.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılmışdır.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.​

VOİCEPRESS.AZ


Ранее » Azərbaycandakı "Ford"lar da geri çağırılacaq?« Далее Zığ və Abşeronda sürüşmə sahələri yenə aktivləşdi