Suçiçəyinə qarşı kütləvi peyvəndləmə olacaq? VİDEO

Ölkə içi / Səhiyyə

396

Suçiçəyinə qarşı kütləvi peyvəndləmə olacaq?  VİDEO
Bəzi xəstəliklər var ki, onun qarşısını peyvənd yolu ilə öncədən almaq mümkündür. Ölkəmizdə də bu sahədə xeyli irəliləyişlər əldə edilib. Bəzi xəstəliklərə qarşı kütləvi peyvəndləmə öz müsbət nəticəsini verir. Yaxın zamanlarda isə suçiçəyinə qarşı kütləvi peyvəndləmənin aparılması nəzərdə tutulur. Bu yolla bu xəstəliyə yoluxanlarının sayının azaldılması planlaşdırılır.

VOİCEPRESS.AZ
xezerxeber.az-a istinadən bildirir ki, suçiçəyi xəstəliyinin öncədən qarşısını almaq üçün ölkəmizdə kütləvi peyvəndləmə işlərinə başlanılması nəzərdə tutulur.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, dünyanın bir çox ölkəsində suçiçəyinin qarşısını almaq üçün kütləvi peyvəndləmə aparılır. Ölkəmizdə də yaxın illərdə kütləvi peyvəndləmənin aparılması nəzərdə tutulur.

Afaq Əliyeva Azərbaycanda bu xəstəliyə yoluxanların sayında ciddi bir artımın olmadığını deyir. Onun sözlərinə görə, yoluxmanın artmasının əsas səbəblərindən biri kortəbii müalicədir. Xəstəliyə tutulan zaman həkimə müraciət edənlər qısa bir vaxtda sağalırlar.

Ölkəmizdə bir çox xəstəliklərə qarşı peyvəndləmə işləri aparılır ki, bu da son bir neçə ildə öz effektiv nəticəsini verir.



VOİCEPRESS.AZ


Ранее » Səhiyyə Nazirliyi: "Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər az...« Далее Evlənmək istəyənlər hepatitdən də analiz versinlər