Bu müəllimlərin imtiyazları artırıldı

Ölkə içi / Elm və kəşv

180

Bu müəllimlərin imtiyazları artırıldı
Kənd məktəblərində dərs deyən müəllimlərin imtiyazları artırılır.

VOİCEPRESS.AZ
bildirir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar verib.

2010 və 2014-cü ildə kənd məktəblərdə dərs deyən müəllimlərin imtiyazları ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə indiki qərar arasında fərq var.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirir ki, yenilik bu kateqoriyadan olan müəllimlərə bir sıra üstünlüklər verir.
Dəyişiklik "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" qərarda əksini tapıb. Onu da qeyd edək ki, hazırda kənd yerlərində dərs deyən müəllimlər 60 manat həcmində kirayə pulu alırlar. 2014-cü ildən qəbul edilən qaydaya görə bundan əlavə vəsaitlər də hesablanır.

Müsabiqədən yeni keçərək kənd məktəblərinə təyinat alan müəllimlərə ilk aydakı maaşlarında iki aylıq maaş miqdarında əlavə vəsait yüklənir. Bu müəllimlərin həmin yerdə məskunlaşmasına yardım etmək məqsədilə edilir.

VOİCEPRESS.AZ


Ранее » Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət« Далее Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır