FHN-dən itkin düşən alpinistlərlə bağlı yeni məlumat

Ölkə içi

243

FHN-dən itkin düşən alpinistlərlə bağlı yeni məlumat
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

VOİCEPRESS.AZ
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.

VOİCEPRESS.AZ


Ранее » Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat ver...« Далее Cəbhədə gərgin gecə