Qarabğlı şəhid bacısı ürəkağrısı ilə danışdı...

Ölkə içi / Manşet

1 809

Qarabğlı şəhid bacısı ürəkağrısı ilə danışdı...
"Dörd il bundan qabaq İbad Hüseynovla bağglı Memarlıq və İnşaat Universitetində böyük tələbə-müəllim heyətinin iştirakı ilə tədbir keçirlmişdi". Bunu VOİCEPRESS.AZ-a açıqlamasında Qarabağlı şəhid bacısı Gülşən Behbud son günlər Qarabağ döyüşçüsü İbad Hüseynliyə qarşı aparılan təbliğat kompaniyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, zamanında İbad Hüseyinliyə universitetin fəxri nişanını veriblər: "Həmin görüşdən olan rəsmlərlə yanaşı həmin fəxri nişanı və rəsmi sosial şəbəkələrdə, informasiya portallarında ictimiləşdirildi. Nişanın vəsiqəsində xalqın, millətin qəhrəmanı olaraq, yazılan vəsiqə bir çoxlarının qıcığına səbəb oldu. Mövzu qıtlığından olsun gərək ki, zaman-zaman universitetin rektorunun İbad Hüseyinliyə vaxtı ilə "milli qəhrəman" adlandırması qlobal müzakirəyə çevrilir.

Mən o insanlarla səbrlə, mədəni şəkildə danışmağa cəhd etdim. Məsələyə dair bəzi aydınlıqlar gətirdim. Əfsuslar olsun ki, onlar bunu anlamadılar. İbad Hüseynli müharibədə sağlamlığını itirəndə, torpaq uğrunda mübarizə aparanda, Vətənin keşiyində dayananda bəziləri al-ver etmək üzrə piştaxta arxasında dayanırdılar. Üzərindən xeyli zaman keçsə də, nə vaxtsa İbad Hüseyinliyə verilən vəsiqəni alıb yenə də özlərini reklam etməklə, ermənilərə özlərini güldürməklə məşquldurlar. Ayıb olsun! Özümüzün özümüzə gücümüz yetdiyi üçün, özümüz özümüzü ditdiyimiz üçün ar olsun! İbad Hüseyinli heç bir zaman özünü milli qəhrəman adlandırmayıb. O Qarabağ uğrunda döyüşüb. Məhz bu onu millətinin döyüşçüsü və müdafiəçisi etmişdir. Vətən uğrunda döyüşməyi isə İbad Hüseyinli heç bir zaman özünü reklam etmək üçün istifadə etməyib və hər zaman bunun əleyhinə olub. Çünki hər bir Vətən oğlunun döyüşmək alın yazısıdır, deyə düşünüb".

VOİCEPRESS.AZ


Ранее » Ordumuz sınaq atışlarına başladı« Далее Elxan Şahinoğlu: "Bu da amerikalıların axmaq siyasətinin nəticəsidir...