Alpinistlərin axtarışı davam edir

Ölkə içi

306

Alpinistlərin axtarışı davam edir
Quba rayonda dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları bu gün davam edib.

VOİCEPRESS.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində Nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib.

Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

VOİCEPRESS.AZ


Ранее » Yanvarın 22-si iş günü olacaqmı?« Далее Bakıda qəza törədən avtobus sürücüsünə görə kim məsuliyyət daşıyır?