Şikayətçi Prezidentə müraciət etdi: "Azərbaycan Texnologiya Universitetində özbaşınalıq tüğyan edir..."

Ölkə içi / Elm və kəşv / Manşet

666

Şikayətçi Prezidentə müraciət etdi:
Cənab Prezident İlham Əliyev!

Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə uğurlar arzulayırıq. Respublikada təhsil işçilərinin problemlərinin daim sizin diqqətinizdə olması hər birimizə məlumdur.

Sizə müraciətim - heç bir idarəçik qabiliyyəti olmayan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov və oğlu Şamil Süleymanovun universitetdə etdikləri özbaşnalıqlarla bağlıdır.

Sizin məmurlara etdiyiniz övlad özbaşnalığı ilə bağlı xəbərdarlıqdan Rektor Akif Süleymanovun və oğlu Şamil Süleymanovun xəbərləri yoxdurmu?

Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılan Azərbaycan Texnologiya Universitetində özbaşınalıq tüğyan edir.

Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi –texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakı Şəhərində yerləşən indiki ünvanı “BABƏK PROSPEKTİ” keçmiş ünvanı Bakı ş, Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin, 3 cü mərtəbədə yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinə mühüm vəzifələrə təyin etdiyi Prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevrib.

"AZINKA" şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır. Onu da qeyd edək ki, "AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türk xalqına ağır zərbələr vurmuş “Fətulla Gülən” ilə bağlılığı hamıya məlumdur.

Texnologiya Universitetinin Kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.

Texnologiya Universitetinin müəllimləri Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadov, Universitetin müəllimləri olduğu halda, “AZİNKA” şirkətinə çağrılaraq, Universitetdə Dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən müxtəlif bəhanələrlə uzaqlaşdırılmışdır.

Azərbaycan Texnologiya Universitetində “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan prorektorlar, Universitetin dərs keçirilən korpuslarında “Fəto Gülən” şəbəkəsini formalaşdıran, “Fəto Gülənçilərə” məxsus olan şüarı “Vaxt qılınc kimidir: biz onu kəsməsək, o bizi kəsər” sözlərini böyük tirajla mətbəədə çap etdirərək, universitetin korpuslarının girişində, dəhlizlərində, auditoriyalarında yapışdırırlar.

Şikayətçi Prezidentə müraciət etdi: "Azərbaycan Texnologiya Universitetində özbaşınalıq tüğyan edir..."

Bu şüar hansı mənbədən və maraqdan qaynaqlanır, bilmirik...

Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salmışlar. Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə paylatdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir. Bir çox fənnlər ümumiyyətlə tədris edilmir. Sadəcə olaraq, formal olaraq jurnallarda qeydiyyatı aparılır.

Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rus dilli qruplara rus dilində “dərs keçir”.

Tələbələrə qiymət yazdıracağına söz verərək, öz əvəzinə dərsə həyat yoldaşı Vüsalə Axundovanı göndərir ki, o, da Azərbaycan dilində rus dilində təhsil alan tələbələrin başını qatır. Universitetdə semestr imtahanlarını 20-30% bakalavr və magistr özü verdiyi halda, qalanları saxtakarlıq və təkrar imtahanlara salınmaqla qiymətləri yazılır.

Tədrisin aşağı səviyyədə olduğunu və rüşvətxorluğun baş alıb getdiyini bilən valideyinlər övladlarının bu universitetdə təhsil almasını arzu etmədikləri üçün, son iki ildə qəbul ən aşağı 420 və 450 nəfər səviyyəsinə düşmüşdür.

Universitetdə elmi işlər formal xarakter daşıyır.

Doktoranturaya qəbul Prorektor Vüqar İsmayılovun istəyinə uyğun qaydada həyata keçirilir. Əyani doktorantlar və magistırlar universitetdə müxtəlif vəzifələrdə işləyirlər.

“AZİNKA” şirkətində Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitet üçün seçdiyi kadrlarla danışıqlar aparır, onları vəzifələrə təyin etdirir və öz məqsədləri üçün istifadə edir. Mənafelərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.

2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işci işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanovun səyi ilə işdən uzaqlaşdırsada, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək və yaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb.

Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə Universitetdəki əmək fəaliyyətimə xitam verilib. Qeyd edim ki, rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb. Təsəvvür edin ki, rektor mənim adımı verməsi üçün onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib.

Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb. Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar.

Bu dəhşətdir ki, "şərlənmə" kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunur. Bir anlıq düşünək ki, əgər Akif Süleymanovun doğma qızını işlədiyi “Konservatoriyada” kiminsə üzünə durmağa, hansısa gənc oğlana şər atmağa sövq etsələr buna münasibəti bir “ATA” kimi necə olar?

Vicdanlı bir ata özünə rəva bilmədiyi belə hərəkəti başqasına qarşı necə asanlıqla edə bilər? Axı mənə qarşı yalnız ifadə verilməsinə məcbur edilən sözü gedən xanım da, müəllim qızıdır... Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur.

Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazıldığı halda, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.

Texnologiya Universitetinin Həmkarlar İttifaqı Komitəsinə universitetdə heç bir konfrans olmadan, təkliflər olmadan, qanunsuz olaraq Həmkarlar İttifaqına uyğun olmayan birini sədir seçiblər.

Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Sabuhi Yusifov da 3- ildir ki, dosent maaşı alırlar. Hətta o yerə gəlib ki, elmi dərəcəsi və elmi adı olmayan Piri Axundov təlim-tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edir, onun həyat yoldaşı, tarix müəllimi Vüsalə Axundova isə “İqtisadiyyat və İdarəetmə” fakültəsi dekanının elmi işlər üzrə müavini təyin olunub, Piri Axundovun qaynı Bahadur Məmmədəliyev universitetin baş hüquqşünasıdır. Universitetin digər vəzifəli şəxslərinin məsələn, “Davamlı İnkişaf mərkəzinin” rəhbəri Fədai Əfəndinin, dekan Azər Hüseyinin və “Distant və qiyabi təhsil mərkəzinin” müdiri Babək Mikayıl oğlu Həsənovun və başqa şəxslərin də ailə üzvləri universitetdə müəllim işləyir. Bu insanların hər biri rektor Akif Süleymanovun yaxın adamlarıdır. Təsəvvür edin ki, Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.

Texnologiya Universitetində Prezident seçkiləri qabağı əməkdaşlar qərəzli olaraq kütləvi şəkildə narazı salınır və işdən uzaqlaşdırılır.

Ölkə üzrə yeni iş yerlərinin yaradılması istiqamətində iş aparıldığı halda, Texnologiya Universitetində çoxsaylı insanların işdən xaric edilməsinin başlıca səbəbi seçkiqabağı ölkədaxilində təxribat törətməkdən başqa bir şey deyildir...

Dəfələrlə Akif Süleymanovun çirkin əməlləri haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, heç bir nəticə yoxdur.

Müraciət olunan dövlət qurumlarında əməkdaşların şikayət ərizələrinə baxılmır. Rektor Akif Süleymanov və oğlu Şamil Süleymanov cənab Prezident Sizin, məmurlara etdiyiniz övlad özbaşınalığı ilə bağlı xəbərdarlığınıza məhəl qoymur.


Vəziyyət o həddə çatıbdır ki, Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin adına olan “Muzeydə” prorektor Vüqar İsmayılov özünə və dostlarına ad günü keçirir.


Cənab prezident!

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun və oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə Universitetə təyin etdikləri vəzifəli şəxslərin özbaşınalıqları, çirkin əməllərindən bütün dövlət qurumlarına müraciət etsəmdə, təəssüflər olsun ki, heç bir nəticə verməyib.

Rektor Akif Süleymanov dəfələrlə Universitetin əməkdaşlarına "Məni bura prezident təyin edib, mənim şikayətimi kimə edirsiz edin!" deyir.

Azərbaycan Texnologiya Universitetinin Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılıb. Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz.



P.S

Ötən gün VOİCEPRESS.AZ-ın redaksiyasına fəaliyyət göstərən universitetlərin birində baş verən heç də ürəkaçmayan məqamlar diqqətimizə çatdırıldı. Azərbaycan Texnologiya Universitetinin Kompüter mütəxəssisi Azər Allahverdiyev tərəfindən olunan şikayət ərizəsi redaksiyamızın məsul şəxsləri tərəfindən nəzərə alınaraq, dərc edilməsinə qərar verildi. Diqqətinizə çatdırım ki, şikayətçi Zaman qəzetində daha əvvəl çalışmış, "fətoçu" olan müəyyən dini təriqətə etiqad edən bir sıra insanların bu gün Texnologiya universitetində çalışmaları ilə bağlı siyahı da təqdim etmişdi. Sadəcə həmin insanlarla bağlı redaksiya tərəfində soruşdurma davam etdiyindən o isimləri biz hələ ki, açıqlamırıq... AZİNKA şirkəti ilə universitetin arasında qeyd edilən bağların mövcudluğu isə elə redaksiya üçün də sual doğurur...

Müraciətdə qeyd edilən bütün məsələlər redaksiya tərəfindən araşdırmaqdadır... Şikayətdə adı keçən hər bir vəzifə sahibinin fikrini yayımlamağa hazırıq.


VOİCEPRESS.AZ

Ранее » Bakıda ermənipərəst müəllim işdən qovuldu