Türk Dünyasının qəhrəman oglu İbad Hüseynlinin 2018 ci ilin ilk müsahibəsi ...

ibadhuseynov / Ölkə içi / Tet-a-tet / Manşet

60 057

Türk Dünyasının   qəhrəman  oglu  İbad  Hüseynlinin  2018   ci  ilin  ilk müsahibəsi ...

MƏNİM YAŞADIĞIM HƏYAT GERÇƏKLƏR, DOĞRULAR VƏ ADDIMLAR TƏLƏB EDİRDİ...


-2017 -ci il nələrlə xatirinizdə qaldı?

"Qarabağsız, bir il də qocaldıq..."

- İldi də yaşadıq keçdi, o biri illər kimi... 31 dekabr gecəsi hay-küyü eşidəndə elə bildim müharibə başlayıb Qarabagda. Yuxudan ayıldım ki, Bakıdayıq. 2017 ci ildə belə keçdi yenə də Qarabağsız, bir ildə qocaldıq. Biz qocaldıqca Qarabağ bizdən bir az da uzaqlaşır elə bil.

-Bu ildən gözləntiləriniz varmı?

- Gözlənti deyəndə , əslində daha heç nə gözləmirəm. Yorulduq gözləməkdən, səbr etməkdən, həqiqətən yorulduq. Mən təbiətən səbirsiz adamam. Müharibə zaman da belə idim. Geriyə baxanda elə bilirəm dünən idi. Amma 25 il də, bir igidin ömrüdür. Qayda-qanunsuz Qarabağ müharibəsində bacarıqsız rəhbərlər səbr nümayiş etdirirdilər. Elə o səbr nəticəsində də Qarabağ əldən getdi. O zamanlar yəni 1990-1993 - cü illərdən söhbət gedir zəif, iş bilməyənlər səlahiyyət sahibləri, nə edəcəklərini də bilmirdilər. Hər zaman demişəm , saxladıgımız torpaqlar Qarabağ sakinlərinin içindən çıxmış igid və qorxmaz oğlanların hesabına qaldı ki, onlarında əksəriyyəti ya şəhid oldu, ya da mənim kimi ölümcül yaralandı.

"Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu gün Azərbaycan adlı bir dövlət yox idi"

Əgər müharibə vaxtı lazım olan sahələrdə məsuliyyətli rəhbərlik olsaydı , zamanında iş görə bilsəydilər bəlkə də işgal az olardı. Nəysə, o zamandan danışanda, o zamanın atılan səhv addımlarını, xatırladıqca, zəif komandirlərin səlahiyyət sahibi olduqlarını düşündükcə, insanların ermənilərdən çox biri-biri ilə didişmələrini yadıma saldıqca əsəbiləşirəm. Tam səmimi deyim, o zaman daxili çəkişmələr, şəxsi “müharibələr” baş verməsəydi Qarabağ getməzdi. Qarabağ müharibəsi üzərində özləri üçün vəzifəyə gələn, mal-mülk quranlar oldu. Ermənidən çox bir-birlərini öldürürdülər. Bunların şahidi olduq və hamı da gördü. Tarix bizə hər zaman “dərs” verib, amma biz o “dərs”dən nəticə çıxarmırıq. İnanın ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu gün Azərbaycan adlı bir dövlət yox idi. Bizə düşmən lazım deyil ki, öz içimizdə olan “ düşmənlər “ bizə bəs idi .

-Unutmadıgınız il varmı?

- Unutmadığım müharibə illəridii, bir də yəqin Qarabağımızı işğaldan azad etdiyimiz il olacaq, əgər olacaqsa.

-İstədiyiniz, arzusunda oldugunuz nə isə varmı ki, nail ola bilməmisiz?

-Mənim yadıma gəlmir ki, mən özüm üçün, şəxsi nöqteyi - nəzərdən nəsə arzulayım. Arzudu, istəkdi, xəyaldı ... nə bilim daha nələrdir bunlar mənlik deyil. Bilmirəm bəlkə mən elə həyat yaşadım ki, yalnız gerçəklər, doğrular və addımlar olmalıydı , lazım idi. Uşaqlıq, kənd uşaqlarının həyatı fərqli olur, əsgərlik və müharibə. Bunlar gerçəkləri və addımları tələb edirdi.
Mənim gerçəklərim yaxşı idmançı, yaxşı silah istifadəçisi, yaxşı döyüşmək, yaxşı kəşfiyyatçı bunlarda xəyal, arzu ola bilməz.

-Yeganə döyüşçüsünüz ki, dilinizdən Qarabağ düşmür, başqaları kimi giley-güzar, kimisə tənqid-təhqir etməklə gündəmə gəlməmisiniz, sizi Vətən fədaisi kimi, əsl qəhrəman kimi tanıyıblar. Özünüzün özünüzə sualınız olubmu heç?

-Mən dedi-qodu, boş-boş danışıqları, giley-güzarı sevmirəm, istər indi istərsə də müharibə vaxtı. O zamanlarda deyən-gülən, danışan deyildim. Hərbi hissədə də söhbətlər ediləndə mən çəkilib öz qaldığım yerə xəritə çəkirdim, əməliyyata hardan gedib, hardan gələcəyimi düşünürdüm.

-Siz diqqət mərkəzindəsiniz, bəzi qüvvələr sizi məqsədyönlü şəkildə”hədəf” alıblar, nə deyərdiniz onlara?

-Hərənin öz işi var, kişi kiminsə dedi-qodusunu danışmaz, kişi özünü kimisə təhqir və tənqid etməklə reklam etməz. Mən onları yazıq və zavallı adlandırıram. Kişinin öz sözü, öz addımı, öz xarakteri olmalıdı. Mən özümə sual vermirəm, sadəcə hərdən düşünürəm ki, müharibədən qaçanları gərək o vaxtı döyməzdim, çünki müharibədə döyüşü bacarmayan “kişilər” üzlərində çapıkları ilə bu gün kompüter qarşısında mənim haqqımda dedi-qodu ilə məşğul olurlar. Onları tanıyanlar bilməlidi ki, o çapıklar müharibənin deyil, məni onlara unutdurmayacaq zədələrdi.

-Yeni il təbrikiniz?

-Hamıya can sağlığı arzu edirəm. Çünki hər şeyi tapmaq olur, amma sağlamlığı yox.



Gülçin Çinar

VOİCEPRESS.AZ