Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı

Ölkə içi

567

Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun itkin düşmələri ilə bağlı cinayət işi açılıb.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə oxu.az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat veriləcək.

VOİCEPRESS.AZ


Ранее » MN və Hərbi Prokurorluq razılaşdı« Далее Sabah qar yağacaq
Flag Counter