Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Ölkə içi

468

Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək
Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

VOİCEPRESS.AZ
xəbər verir ki, alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından Trend-ə verilən məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi.

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

VOİCEPRESS.AZ


Ранее » "Dolma və kamançanın UNESCO-nun siyahısına salınması mədəniyyətimizin...« Далее Pensiyaçılara ŞAD XƏBƏR