FHN itkin düşən alpinistlərin axtarışlarına başladı

Ölkə içi

477

FHN itkin düşən alpinistlərin axtarışlarına başladı
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda itkin düşən alpinistlərin axtarışına başlayıb.

Nazirlikdən VOİCEPRESS.AZ-a bildirilib ki, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.

FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək

VOİCEPRESS.AZ


Ранее » Ermənilər cəbhədə təxribat törətdi« Далее İtkin düşmüş alpinistlər haqda...