Əsl bəla “ərlik” yaşına çatmış, və o yaşı aşmış qızların bəlasıdır

Ölkə içi / Təhlil

711

Əsl bəla “ərlik” yaşına çatmış, və o yaşı aşmış qızların bəlasıdır
Əslində yer planetində qadın olmaq çox çətindir. Amma bizdə vəziyyət yaşanılmayacaq həddə çatıb. Bunun tək günahkarı əks cins yox, çox vaxt elə həmcinslərimiz olur. Həyatı bizlərə zindan edirlər. Yaşayırsan nəfəs alırsan bəlli deyil. Atdığın hər addım olay, hər hərəkət bir səhv anlaşılma. Bunlar işin ən yüngül tərəfidir. Əsl bəla “ərlik” yaşına çatmış, və o yaşı aşmış qızların bəlasıdır. Onlar nə nəfəs alır nə də yaşayır demək olar ki, yeriyən ölüdülər.

Hər şeyin inkişaf etdiyi, irəlilədiyi dövürdə tək dəyişməyən böyüklərimizin evlilik anlayışıdır. Valideyinlər övladlarının yaxşı evlilik qurmasını istədikləri kimi, övladlarıda gözəl ailəyə sahib olmaq istəyirlər. Amma bu iki istək təsadüf hallarda üst-üstə düşür.
Bizdə yazılmamış amma hər kəs tərəfindən dəqiqliklə yerinə yetirilən evlilik qanunlarımız var. 18-26 yaş arası qızların evlilik yaşıdır. Bundan sonra da evlənə bilər amma subay oğlanla yox mütləq dul olacaq. Bu yazılmamış amma təsadüf hallarda pozulan “müqəddəs” evlilik qanunumuzdur. Bu yaşı aşan qızların qara günləri bir-birini əvəz edərkən, bir də qohum-əqrəba, dost-tanış qınağı başlayır.
“Sənin tayların nənə oldu sən hələ yatırsan” , “ Bu vaxta qədər getmədin bundan sonrada çətin gedəsən, getsəndə dula gedəcəksən” , “ Bu qızda qaldı küncdə, belə baxanda pis qız da deyil amma alan olmadı”, “ bunda getməsən daha heç kim almıyacaq səni”. Bu sözlərlə onsuzda ölü olanların üstünə torpaq atmış olurlar.

Hər kəs həyata bir dəfə gəlir, hər kəs o həyatı özü istədiyi kimi doya-doya yaşamaq istəyir, hər kəsin başqalarından saxladığı gizli bir arzusu var onun həyata keçməyini gözləyir. Bu arzunun yaşı yoxdur. Hər hansı gündə, ayda, ildə həyata keçsə də fərq etməz təki sahibinin istədiyi kimi olsun. Xoşbəxt olmağın yaşı yoxdur həmçinin gözəl ailəyə sahib olmağında. Valideynlər övladlarını ailə qurmağa tələsdirirlər, amma nə bəlli bəlkə gecikən arzunun yolunu kəsirlər? Küləyin əsib, ildırımın çaxıb, yağışın yağmasından sonra həmişə parlaq bir günəş üzümüzə şölə saçır. Əgər arzular gecikirsə mütləq gözəl sonluqlu hazrlayır. İnsanın arzusunuda aşan gözəl bir sonluq.
İnsanları xüsusilə də qadınları heç vaxt ümidsizliyə atmayın. Sənin vaqonun gedib deyə bir söz yoxdur. Bu dünyaya kimsə boşuna gəlməyib ki, onun vaqonuda boş gedə. Ola bilər ki, kimsə həyatını istədiyi kimi yaşamasın. Amma başqaları istədiyi kimidə yaşamamalıdır. Bunu istəyən əzizləri olsa belə, çünki həyatına sən cavabdehsən qarşılaşacağın uğurda, uğursuzluqda da sənin öz əməyin olmalıdır.

Evlənib valideyin olmaq işin ən asan və heç bir əmək istəməyən tərəfidir. Ailəni bir uşaq kimi təsəvvür edin, onun iməkləməsi, əlindən tutub yeridilməsi, sözləri öyrədib danışmağa alışdırılması var. Sonar cəmiyyətə tanıtmaq gəlir. Hər kəs evlənə bilər amma nümunəvi və çox şeyin öyrənilməsini istəyəcəyimiz ailələr çox az saydadır. İndi hər kəs evlidir amma ailə deyil. Buda sadəcə evlilik yaşına çatmışam evlənim deyən kütlənin yaratdığı fəsadlardır. Evlənəndən sonra arzuları yadına düşür, yada onları sonradan qurur və nəticədə nələr baş verir hamımız bilirik.

Mən burada nə valideynlərə qarşı çıxıram nə də hər hansı pis yolu təbliğ edirəm. Mən deyirəm heç nəyə tələsməyin hər şeyin vaxtı var. Səbr insana bəxş edilmiş ən böyük nemətdir. Bu nemətdən nəsibinizi alın. Qonşudan qalma dala pirinsipilə yaşayıb insanlıqdan dala qalmayın. Bir şeyin olacaqı yoxdursa onu məcburi oldurmaq fəsadlardan başqa bir şey insana bəxş etməz.

Sonda yenə deyirəm xoşbəxtliyin yaşı olmur, arzuları yaşamaq üçün hər hansı bir günə ehtiyac yoxdur. İnsanlara yaşamağı öyrədin onlar ölməyi özləri bilirlər. Hər kəsin xoşbəxt olmaq haqqı var bu xoşbəxtliyi haqqı olanlarla yaşayın.

Aidə Maxmudzadə

VOİCEPRESS.AZ