"Sovetski" yandı

Ölkə içi / Manşet

3 742

Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisində yanğın baş verib.
Hadisə şahidlərinin VOİCEPRESS.Az-a verdiyi məlumata görə, yanğın Balababa Məcidov küçəsi ilə Nərimanov Nərimanov prospektinin kəsişməsindəki təkər sexinin ərazisində qeydə alınıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb edilib və yanğının qarşısı alınıb.

Hadisə ərazidə yığılan söküntü məhsullarına və təkərlərə od düşməsi səbəbindən baş verib. Əraziyə FHN əməkdaşlarından başqa Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadaları da göndərilib.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.


VOİCEPRESS.AZ

Ранее » "15 gündür yatmırıq" - Naməlum varlıqlar Ağdaşı təşvişə...« Далее Sabahın hava proqnozu açıqlandı