87 yaşlı qadının digər ayağı da kəsildi

Ölkə içi / Manşet

3 394

87 yaşlı qadının digər ayağı da kəsildi
“İki gün əvvəl iltihablı sol ayağı kəsilməli olduğu halda həkim səhvi ucbatından sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Əliyevanın digər ayağı da amputasiya edilib”. Bu barədə VOİCEPRESS.Az-a ayağı kəsilən qadının qızı Sofilə Əliyeva məlumat verib. Bildirdi ki, əməliyyat səhər saat 08:10-da başlayıb və təxminən bir neçə dəqiqə əvvəl sona çatıb: “Cərrahiyyə əməliyyatını xəstəxananın baş həkimi Azər Şəmsəddinski özü elədi. Əməliyyat uğurlu keçib dedilər. Hazırda anam reanimasiya şöbəsindədir”.

Angioloji və Mikrocərrahiyyə Mərkəzinin baş həkimi Azər Şəmsəddinski ANS PRESS-ə bildirdi ki, əməliyyat uğurlu keçib: “Əməliyyat bir saatdan çox davam etdi. Heç bir qan itkisi olmadı. Tərlan xanımın ayağı budun orta hissəsindən amputasiya edildi. Hazırda reanimasiya şöbəsindədir. Səhhəti barədə hələlik nə isə demək tezdir. Ancaq hələlik hansısa problem görünmür”.


VOİCEPRESS.AZ

Ранее » Azərbaycan əsgərinin ən sevindiyi gün« Далее Xəstənin iltihablı ayağını kəsən baş həkimdən nalayiq əmə...
Flag Counter