• 10:03 – Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar? 09:37 – İnam Kərimov taxılçılıqla bağlı müşavirə keçirdi 09:06 – Bu gün Azərbaycanda Kiçik çillə ÇIXIR 08:48 – Zabratda köçkünlərin məskunlaşdığı 4 ev yandı 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 
  • 12:35 – Dövlət gerbi və himninin istifadə qaydaları TƏSDİQLƏNDİ 
  • 19:31 – Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək 
  • 00:01 – 42 il ölmüş kimi qeydiyyatda olan qadın danışdı - VİDEO 

Gürcüstanın birinci xanımı azərbaycanlıları mükafatlandırdı

Gürcüstan prezidenti administrasiyasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində erkən nikahın qarşısının alınması ilə bağlı həyata keçirilmiş layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

VOİCEPRESS.AZ
-ın məlumatına əsasən, layihə Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Niderland səfirliyi tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində azərbaycanlı gənclər Kvemo Kartlinin 90 məktəbində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib. Görüşlərdə erkən evliliklə bağlı maarifləndirici məlumatlar və broşürlər təqdim olunub.

Tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Maka Çiçua erkən nikahın mənfi fəsadlarından danışıb. Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması çox vacibdir: “Gürcüstan prezidenti qadınların hüquqlarının qorunması və erkən nikahların qarşısının alınmasına hər zaman dəstək olmağa hazırdır. Erkən nikah kimi ciddi problemlə cəmiyyətin fəal iştirakı olmadan mübarizə aparmaq mümkün deyil”.

Tədbirin sonunda layihə iştirakçılarına və ən yaxşı esse, ən yaxşı rəsm, ən yaxşı foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter