Rafiq Hüseynovla vida mərasimi keçirilir

Ölkə içi / Mədəniyyət

1 053

Rafiq Hüseynovla vida mərasimi keçirilir
Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

VOİCEPRESS-in məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

VOİCEPRESS.AZ


Ранее » Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi« Далее Rafiq Hüseynovun vida mərasimindən - Fotolar