Ayağını itirən əsgərlərimiz xanım Mehriban Əliyevaya müraciət etdi

Ölkə içi / Təhlil / Manşet

9 243

Ayağını itirən əsgərlərimiz xanım Mehriban Əliyevaya müraciət etdi

Şəmkir rayon sakini, əsgər Ayxan Ələddinli qeyd etdi ki, Mehriban xanım o süni ayaqlarla məni təmin etməsəydi, bəlkə də ayağımı bir daha kəsəcəkdilər: “Çünki paramızın yetdiyi bir protez ayağımı çox incidirdi. Gəzə bilmirdim. İndi çox şükr gəzir, ən azından özümü idarə edə bilirəm. Ailəm adından mən Mehriban xanıma təşəkkür edirəm. Eyni zamanda da, yenə yardım istəmək istəyirəm. Çünki yardım istəyəcək başqa kimsəmiz yoxdur. Canımıza bir tək o yanır. Bir tək onun qayğısını hiss edirik və Vətən uğrunda yenə gərəksə canımı verməyə hazıram. Çünki Vətənimin Mehriban xanım kimi ləyaqətli xanımı, qızı var! Mənim təhsilim yoxdur. Ayağımı itirdiyim üçün heç satıcı da işləyə bilmirəm. Çünki mütəmadi ayaq üstə dayanmalı oluram. Ayağım çox incidir. Mən ailənin tək oğluyam. Evdə kimsə çalışmır. Ailə sadəcə mənim aldığım təqaüdlə dolanır. Evlənmək istəyirəm aldığım təqaüd özümə yetmirsə, mən ailəni nə ilə saxlayacam? Mehriban xanımdan mən maddi yardım sitəmirəm. Mən öz pulumu özüm qazanmaq istəyirəm. Onun üçün mənim kimi əlil gənclər üçün şəritin yaradılmasını xahiş edirəm”.

Hacıyev Anar: “Bu gün mən qaça bilirəm. İlk ayağımı itirəndə qorxurdum ki heç zaman ayağa qalxa bilməyəcəm. Amma Mehriban xanım sayəsində mən ayağa qalxdım. Çox qiymətli süni ayaqlar sayəsində mən yenidən qaça bilirəm, sürətli yeriyə bilirəm, hərəkət edəndə kimsə ayağımın olmadığını hiss etmir. Amma yenədə ağır və ayaqüstü iş olanda çalışa bilmirəm və əlil olduğumu xatırlayıram. Ailədə bir qardaşım çalışır. Böyük ailəyik. Dolanışığa yetmir. Hələ müayinə falan üçün Bakıya gəlib-gedəndə ümumiyyətlə yetmir. Mən işləmək istəyirəm. Ona görə də bizim canımıza yanan yeganə insan, xanım Mehriban Əliyevaya müraciət edərək “bir əlilin işlə təmin olunub, evinə çörək pulu apara bilməsi” üçün, kimsəyə möhtac olmadan hər dəfə yarımcan olmağımı xatırlamayacaq bir iş istəyirəm. Bizə sizdən başqa kömək edən yoxdur! Mehriban xanım, duyun səsimizi!”


Görəsən vicanını para üçün itirənlərə əlillik qrupu almaq olurmu?

Ötən il Lələtəpənin düşmən tapdağından azad edilməsi uğrunda xeyli şəhid verdik. Torpağımızın hər qarışı üçün oğullarımız canından keçdi. Amma bəzi əsgərlərimiz də var ki, canının bir parçasını Vətən uğrunda fəda verib həyata yarımcan yaşamağa davam edir. Canlarının bir parçalarını bizlərin rahat və təhlükəsiz yaşamı üçün fəda verən oğullarımız var bizim. Onların bu gün bədənlərinin bir parçası olmasa da, tam vicdan sahibidir onlar. Çünki onlar Vətən uğrunda, xalq uğrunda öz missiyalarını layiqincə, canları bahasına yerinə yetirənlərdir. Bizdən ötrü yarımcan qalan oğullarımızın sayəsində bu gün bizlər sapasağlam həyatdayıqsa, deməli bizlər yarımcanıq, onlar yox. Çünki yarımcan olmaq, vicdansız olmaqdan qat-qat yaxşıdır.
Deyin görüm, bir gəncin ayağını itirməsi nə qədər maddiyatla qarşılana bilər? Axı bu candır! Gənc yaşda yaşıdları kimi qaçıb, tullanıb, oynaya bilməməyə məhkum olunan bir can! İndi siz deyin, bu yaşam tərzinə para biçilə bilərmi? Amma bizdə biçilir. Vətən yolunda ayağını, kimisi qolunu itirib, yarımcan yaşamağa məhkum olsalarda, bu gün onların bu fədakarlığına cəmi cümlətani 73 azn para biçilir. Vətən uğrunda axıdılan qan, fəda edilən bir parça can sizcə 73 azn dəyərindədirmi?

Bəli, xanım Mehriban Əliyevanın sözü gedən yarımcan əsgərlərimizə göstərdiyi diqqət və qayğını kaşki digər məsul məmurlar özlərinə örnək götürərdi. Bu günlərdə Əhmədlidə yerləşən Əlillərin Reablitasiya Mərkəzinə müayinə üçün gələn həmin əsgərlərimizin bir neçəsi ilə görüşdüm. Xeyli söhbət etdik. Ailə vəziyyətləri ilə maraqlandım. Həm utandım, həm də qürurlandım.

Duydum ki, hər bir “protez” ayağın qiyməti 40 min ABŞ dollarıdır və bu süni ayaqlar Almaniya istehsalıdır. Həmin ayaqlarla xanım Mehriban Əliyeva şəxsən əsgərlərimizi təmin edib. Əsgərlər qeyd etdilər ki, daha əvvəl istifadə etdikləri yerli istehsal olan süni ayaqlar, yaralı ayaqlarına zərər verirdi. Bu məsələni duyub, həqiqətən də qürurlandım. Bir sıra analar heç öz övladına bu qədər məhəbbət bəsləmədiyi halda, bir ölkənin birinci xanımı hər bir əsgərə ana məhəbbəti ilə yanaşır. Onların qaydına, qayğısına qalır.
Ayağını itirən əsgərlərimiz xanım Mehriban Əliyevaya müraciət etdi
Amma hər şeyin digər tərəfi də var. Güman edirik ki, Mehriban xanıma Vətən uğrunda canından keçən sözü gedən əsgərlərlə bağlı mövcud durumu bilmək maraqlı olar. Çünki əsgərlər VOİCEPRESS-ə müraciət edərək, onların həm təşəkkürlərini, həm də giley və şikayətlərini xanım Mehriban Əliyevaya çatdırmağımızı istədilər.

Əsgərlərimizin gileyini və təşəkkürünü çatdırmazdan əvvəl məsələnin utanc verici bölümünə də, toxunmaq istəyirəm. Utanc verici məsələ ondan ibarətdir ki, həyata tam yox, yarım davam edən övladlarımızın başı üstündən maddiyyat güdən məmurlarımız var. Ayağını bir əsgərimiz dizdən aşağı, digəri dizdən yuxarı itirib. Əslində bu kimi əsgərlərimizə qrupa görə əlilliyi müəyyən edənləri şiddətlə qınamaq gərəkir. Görəsən itirilən canı hansı şkala ilə ölçüb onu əlilliyə görə qrupa bölür, əlliliyinə görə maddiyyat biçirlər? Deməli dizdən yuxarı ayağı kəsilən əsgər Anar Hacıyev 2-ci qrup əlliliklə 73 azn təqaüdlə kifayətlənir. Dizdən aşağı ayağını itirən əsgər Ayxan Əllədinliyə isə, tibbi baxımdan nisbətən daha yaxşı qiymətləndirilməsinə baxmayaraq 1-ci qrup və 91 azn təqaüd biçilir. Bax, burada deyiblər, görəsən bu bölgünü aparan həmin “ağxalatlıların” ayağını kəssək, özlərinə neçənci qrup əllilik verərlər? Ümumiyyətlə bu qrupu kim və ya kimin maraqları müəyyən edir? Bax bu olduqca utancvericidir...

Digər bir tərəfdən qeyd edim ki, duyduğuma görə, bu əsgərlərimizin hər birinə prezident təqaüdü də verilir. Məbləği duyana qədər ürəyimdə onların adına sevinsəm də, məbləği duyub, yarımcan, imdada məhkum əsgərlərimizin qarşısında çox utandım. Bir əsgərimiz 165 azn, digəri isə 143 azn prezident təqaüdü alırmış. Böyük ehtimalla, dövlət rəhbərinin o ayağını itirən şəxslərə verilən “prezident təqaüdü”nün məbləğindən heç xəbəri də yoxdur.

Axı necə ola bilər? Məmurlarımız 3 və ya 4 sıfırlı maddi vəsait aldığı halda, canını bizim kürsü başında oturanların təhlükəsizliyi üçün fəda verənlər cəmi “143 azn” “prezident təqaüdü” alsın? Axı biz hələ müharibəni yekunlaşdırmamaışıq?! Axı bu əsgərlər sayəsində biz Ermənilərə aprel savaşında köks utdurduq? Biz beləmi qiymətləndirirk Vətənpərvərliyi? Axı Türkiyə cumurbaşkanı R. T. Ərdoğan bizim bu mərmurlardan daha çox yandı yarımcan əsgərlərimizin halına...

Hər ayağını itirmiş əsgərimizin gəlirini hesabladıq. Ə. Ayxan 256 azn və H. Anar 216 azn aylıq məvacib alır. Əlil bir adamın, mütəmadi müayinə üçün şəhərə gəlmək sorunda qalan bir yaralı əsgərin bu qədər vəsaitlə necə dolanacağını yəni kimsə düşünmür? Kimisi ailədə tək oğuldur. Kimisi ailə sahibi idi... Kimisinin körpə balaları var... Bax bunu düşünən yoxdur, amma əlillik qrupunu 1-ci yazmaq üçün ayağını həmin “ağxalatlının” yaşamı üçün fəda verən əsgərdən rüşvət tələb edənlər də, var...Əslində bu “ağxalatlılar”dır yarımcan. Görəsən vicdanını para üçün itirənlərə əlillik qrupu müəyyən edilirmi?

Ümid edirəm bir gün ayağını Vətən yolunda, bizlərin təhlükəsizliyi yolunda fəda verənlər, vicdanını para üçün itirənlərə həyat dərsi verə biləcək. Çünki onlar üçün əlillk qrupu pul müqabilində yox, təmənnasız biçilir...


Ayağını itirən əsgərlərimiz xanım Mehriban Əliyevaya müraciət etdi
Ayağını itirən əsgərlərimiz xanım Mehriban Əliyevaya müraciət etdi



Ülkər Musazadə
VOİCEPRESS.AZ

Ранее » "VƏTƏN SEVGİSİNİN DÜSTURU OLMUR..."« Далее Beynəlxalq turnirin qalibi Güləş Federasiyasının Prezidenti, cə...