Məmura rüşvət verən azərbaycanlı ələ keçdi

Ölkə içi / Manşet

3 665

Məmura rüşvət verən azərbaycanlı ələ keçdi
Rusiyada dövlət işçisinə rüşvət verən azərbaycanlı tutulub. VOİCEPRESS-in məlumatına görə, Lipetsk şəhərində saxlanan şəxs barəsində cinayət işi qaldırılıb. Polis əməkdaşları onun vəzifəli şəxsə rüşvət verməsindən şübhələnirlər.

İstintaqın məlumatına görə, mayın 23-də Regional İdarənin əməkdaşları bazarlarda keçirilən reyd zamanı müəyyən ediblər ki, azərbaycanlı kişi lazımi sənədləri olmadan küçədə meyvə-tərəvəz alveri edir. Həmin gün bu qanunsuz əməli aşkarlayan qurum əməkdaşları onun məhsullarını müsadirə ediblər. Azərbaycanlı isə idarəyə gələrək oranın rəis müavininə 15 min rubl (355 manat) məbləğində rüşvət verib. Rəis müavini isə bu barədə dərhal polisə məlumat verib və həmin şəxs polis tərəfindən saxlanılıb.

Tutulan azərbaycanlı ilkin dindirilmə zamanı günahını etiraf edib.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir.

Tutulan şəxsi 5 ildən 10 ilədək həbs cəzası və verdiyi rüşvət məbləğinin 80 mislinə qədər (28 min 400 manat) cərimə gözləyir.


VOİCEPRESS.AZ

Ранее » Qəbələdə biçilmiş taxıl sahəsi yanıb« Далее Rusiyada güllələnən azərbaycanlı Lənkəranda dəfn olundu
Flag Counter