"Aprel şəhidi"nin nişanlısı: "Murad axırıncı dəfə zəng edəndə..."

  • 11-10-2017, 15:45
  • 144
2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Murad Məmmədov həmin ərəfədə nişanlı idi. Murad Məmmədov 1989-cu ilin 17 aprel günündə Sumqayıt şəhərində anadan olub. 2016-cı il aprelin əvvəlində baş vermiş şiddətli döyüşlərdə şəhid olub. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

VOİCEPRESS
xəbər verir ki, modern.az saytı şəhidin nişanlısından müsahibə alıb. Məlum səbəblərdən şəhidimizin nişanlısının şəklini və adını təqdim etmirik.

- Siz Muradla neçə müddət idi ki, nişanlanmışdınız?


- Cəmi 15 gün idi ki, nişanımız olmuşdu.

- Münasibətlərinizin yaranmasına valideynləriniz səbəb olmuşdu?

- Xeyr. Nişanlanmağımıza özümüz razılıq vermişdik. Çünki aramızda bir neçə ay idi ki, sevgi vardı. Özümüz tanış olmuşduq.

- Hər kəs kimi hərbi sahənin asan olmadığını bilirdiniz. Nə vaxtsa Muradı hərbidən uzaqlaşdırmaq haqqında düşünmüşdünüz?

- Heç vaxt belə fikirdə olmamışam. Həyatda sabahımızın necə açılacağını bilmirik. Ona görə də sevdiklərimizi necə bir talenin gözlədiyindən xəbərsizik. Hər halda, mən də sevdiyim insanı itirmək istəməzdim. Digər tərəfdən isə Murad ölməyib. O şəhidlik zirvəsinə yüksəlib. Muradın hərbçi kimi vətənə xidmət etməyindən həmişə qürur duymuşam. Murad özü də deyirdi ki, o, vətənə xidmət etmək üçün doğulub. "Vətən yolunda şəhid olanlar məndən əskik oğlanlar deyil" söyləyirdi.

Biz nişanlananda Muradın narahat olduğunu hiss etmişdim. 2016-cı ilin 28 martından Muradla əlaqə saxlamağa çətinlik çəkirdik. Təlimlərdə olurdu. Amma aprelin 1-dən sonra cəbhədən müharibə xəbəri gəlməyə başladı. Muradla axırıncı telefon zəngimiz aprelin 3-də alındı. O, telefonda məndən halallıq istədi. Müharibədir, nələrin baş verəcəyinin bilinmidiyini söylədi, sonra da "Özünə yaxşı bax" dedi. Özü və dostları ilə bağlı ümidli deyildi. Təbii ki, Muradın bu cür sözlərinə etiraz etdim. "Bu nə sözlərdir danışırsan. İnşallah qayıdıb gələrsən" dedim.

- Bilmirəm, necə soruşum: nişanlınızı yuxularınızda görə, onunla xəyalən danışa bilirsiniz?

- Təbii, Murad tez-tez yuxuma gəlir. Hiss edirəm ki, o da məni görür. Onun gözlərini ümidli görürəm. Çünki şəhidlər həmişə zirvədə olur, ondandır.

- Nişan üzüyünüz hələ də sizdədir, onu taxırsınız, yoxsa..?

- Əlbəttə məndədir. Amma üzüyü çıxarmışam. Üzüyü taxmağımı nə onun, nə də mənim valideynlərim istəyir. Onların məsləhəti ilə taxmıram. Amma Muradın mənə hədiyyə aldığı qızıl boyunbağını hələ də taxıram. Murada olan sevgim hələ də mənimlədir. O sevgi tükənməyib...

- Müsahibənin əvvəlində dediniz ki, Muradın valideynləri ilə əlaqəniz var. Onlar sizə nə arzulayırlar? Sizi gəlinlikdə görmək arzularını dilə gətirirlərmi?

- Onlar məni xoşbəxt görmək istədiklərini deyirlər. Necə ki, övladlarının xoş gününü görmək istəyirlər, məni də övladlarından ayırmırlar. Onlar məni gəlinlikdə də görmək istəyirlər. Amma indiki halda bu cür məsələləri düşünmürəm. Hər şey Allahın qismətindən asılıdır. Qismətimizdə nə varsa, odur.

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Dünən, 17:14İspaniya şahzadəsi 90 dollarlıq libası ilə gündəmdə Dünən, 16:59İranın Ərbildəki baş konsulluğuna hücum oldu Dünən, 16:22Hərbçimiz şəhid oldu Dünən, 13:00İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video Dünən, 12:31AB parçalanır: Putin daha bir Avropa ölkəsini tutur Dünən, 11:45Məşhur futbolçu ilə aktrisa evləndi - Ərdoğan nikah şahidləri oldu Dünən, 11:38Oteldə partlayış: ölənlər var Dünən, 11:26Deputat: "Prezident İlham Əliyevin D - 8 Zirvə toplantısındakı çıxışı konkret hədəfə istiqamətləndi" Dünən, 11:11ABŞ-da 50 vaqondan ibarət yük qatarı relsdən çıxıb binalara girdi Dünən, 11:02Gürcüstan MSK-sı ilkin nəticələri açıqladı Dünən, 10:45Sloveniyada prezident seçkiləri keçirilir Dünən, 10:28BƏƏ-də yeni nazirlik YARADILDI - 27 yaşlı şəxs RƏHBƏR OLDU Dünən, 10:16Qazaxda partlayış: yaralanan var Dünən, 10:03Azərbaycan pambığının keyfiyyəti tekstil sənayesinin tələblərinə cavab verir? Dünən, 09:44"Titanik" sərnişininin məktubu 126 min avroya satıldı Dünən, 09:30Cəbhədə gərgin gecə Dünən, 09:10Marneulidə "Gürcü Arzusu"nun namizədinin qələbəsi qeyd olunur Dünən, 00:33Tramp Rəqqanın İŞİD-dən azad edilməsini təsdiqləyib 21-10-2017, 23:10Qonşu evlərin tikintisində iki paralel və qapalı divardan istifadə edilməsinə icazə veriləcək 21-10-2017, 22:42Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin seçki məntəqəsinə polis cəlb olunub 21-10-2017, 22:364 türkiyəlinin Xankəndinə qanunsuz səfəri... - Hayati Yazıçı 21-10-2017, 22:27Ermənistan bayraqlı maşın Bakıya necə gətirilib? - Video 21-10-2017, 22:03Milyarderlərin xanımları kimlərdi və nə işlə məşğuldurlar? 21-10-2017, 21:50Türk millət vəkilləri Manisada Bakı üçün toplandı 21-10-2017, 21:47"Bavariya" rekord gəlir əldə edib 21-10-2017, 21:32Azərbaycan cüdoçusu ermənini yenib dünya çempionu oldu 21-10-2017, 21:14Məşhur furbolçu Tbilisinin meri oldu 21-10-2017, 21:05Nostradamusu qabaqlayan "Simpsonlar" - ŞOK FAKTLAR 21-10-2017, 20:08“O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR” 21-10-2017, 19:53Proqnoz: Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq 21-10-2017, 19:45Osmanlı sultanı Məsud Bərzaninin babalarını niyə edam etdi? 21-10-2017, 19:32Üzeyir Cəfərov: "Rusiya Federasiyasının rəhbəri kimi, hərdən bəzi siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi?" 21-10-2017, 19:17Ərdoğan: ABŞ-ı sivil ölkə adlandırmaq olmaz 21-10-2017, 19:09Özünü Kürə atmaq istəyən gənc qız xilas edildi 21-10-2017, 18:44"Atletiko" "Qarabağ"ı məğlub etməlidir ki..." 21-10-2017, 18:30Deniz Seki ərə gedir 21-10-2017, 18:27Türkiyənin məşhur məşqçisi: "Qarabağı və "Qarabağ" klubunu çox sevirik" 21-10-2017, 17:44Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı müzakirə etdi 21-10-2017, 17:36Azərbaycan Vaşinqtonda Baş Qərargah rəislərinin görüşündə iştirak edəcək 21-10-2017, 17:28İspaniya Kataloniyanın muxtariyyətini ləğv etdi
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir