Azərbaycanda poçt rabitəsinin növləri azaldılır

Ölkə içi

1 449

Azərbaycanda poçt rabitəsinin növləri azaldılır
Azərbaycanda poçt rabitəsinin növləri azaldılır.

VOİCEPRESS
bildirir ki, "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərə əsasən, qanunun 7-ci maddəsinin (Poçt rabitəsinin növbləri) 7.3-cü bəndində "feldyeger-poçt" sözləri çıxarılır:

"7.3. Xüsusi təyinatlı poçt rabitəsinə dövlət-feldyeger, feldyeger-poçt və xüsusi poçt rabitəsi xidmətləri aiddir".

Bundan başqa, aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilir:

"Maddə 11-1. Xüsusi poçt rabitəsi

11-1.1. Xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.
11-1.2. Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir".

Qanun layihəsi baxılması üçün Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

VOİCEPRESS.AZ


Ранее » Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda tikilir« Далее Elçibəyin qardaşı vəfat etdi