Vətənin keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir

  • 7-10-2017, 20:29
  • 2 664
Vətənin keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir
"Yad diyarlarda, isti otaqlarda əyləşib soyuq səngərlərdə yurdun keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir".

VOİCEPRESS
xəbər verir ki, bunu əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib. O bildirib ki, xaricdə yaşayan bəzi həmvətənlərimizin Azərbaycan Ordusu ilə bağlı apardığı qara piar kampaniyası ölkəmizə qarşı törədilən növbəti təxribat hadisəsidir: "Bu təxribat düşmənlə üst-üstə düşən mövqeyi ilə daha çox Vətənə xəyanət səviyyəsində yadda qalır. Yad diyarlarda, isti otaqlarda əyləşib soyuq səngərlərdə yurdun keşiyini çəkən hərbçilərimizi hədəfə almaq, əslində, düşmənlə bir masanı, bir məqsədi bölüşmək deməkdir.

Bütün bunlar adama istər-istəməz 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərini xatırladır. Azərbaycan Ordusunun yaradılması zərurəti haqqında gedən kəskin diskussiyalar bir sıra xarici ölkələrin yerli emissarları tərəfindən daha çox ümidsizliyə doğru yönləndirilir, Silahlı Qüvvələrin təşkili məsələsinin qeyri-mümkünlüyü haqqında süni mənfi rəy formalaşdırılırdı. Məqsəd Azərbaycanı təpədən-dırnağadək silahlanmış düşmənlə əliyalın qarşı-qarşıya qoymaq və maraqları toqquşan xarici dövlətlərin diqtəsilə oturub-durmağa vadar etmək idi.

Hələ sovetlər dönəmində hərbi xidmətə yollanan azərbaycanlı gənclərin mütləq əksəriyyətinin bir qayda olaraq tikinti taborlarına göndərilməsi, bu taborlarda xidmətə marağın qəsdən artırılması və ictimai rəydə aparıcı mövqeyə çevrilməsi imperiya metropoliyasının əsas siyasi xətti kimi müəyyənləşdirilmişdi. Bütün bunlar o dövrlərdə şüurlu şəkildə həyata keçirilən boyunduruq siyasətinin ilk baxışdan gözə çarpmayan gizli, ancaq son dərəcə təhlükəli uzantısı idi. Şirnikləşdirilmiş insanlar öz övladlarını döyüş hərbi hissələrindən çox, inşaat bölüklərində görmək istəyirdilər. Bura onlardan ötrü əsgər balalarının daha təhlükəsiz, daha rahat, daha sakit, daha "maraq"lı xidməti üçün ən münasib yer sayılırdı. Tarixin gözlənilməz və amansız "sürpriz"ləri haqqında fikirləşmək isə hələ heç kimin ağlına gəlmirdi...

Həmin dövrlərdə Azərbaycanı gözləyən təhlükə gözübağlı xalqın kor-koranə üçuruma doğru addımlaması qədər böyük idi! Belə bir vaxtda pespublikaya rəhbərlik edən və öz siyasi-ictimai, şəxsi nüfuzuna görə həmişə ön cərgədə addımlayan Heydər Əliyev gələcəyin ilğım təsəvvürlərilə real mübarizəyə atıldı. Bu, sovet imperiyasının şovinist rəhbərliyilə fikir ayrılığı üzündən qarşı-qarşıya gəlmək, həm siyasi, həm də şəxsi nüfuzunu risq altında qoymaq demək idi. Ancaq Heydər Əliyev özünün tutarlı faktları, əsaslandırılmış fikirlərilə böyük bir siyasi ordunu haqlı olduğuna inandıra bildi və bərkimiş ideoloji baryeri yardı. Nəticədə məhz onun təşəbbüsü ilə 1971-ci ildə Bakıda C.Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sonradan həm bu liseydə, həm də Bakı Ali Hərbi Komandirlər Məktəbində istər rəhbər, istərsə də kursant heyətilə maraqlanan Heydər Əliyev, buradakı azərbaycanlı hərbçilərin sayca çox az olmasını görmüş, dərhal say nisbətinin xeyrimizə dəyişdirilməsi haqqında göstəriş vermiş və bunu şəxsi nəzarəti altında saxlamışdı.

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində həmin illərdə hərbi məktəbləri bitirən məzunlar sonradan ordumuzun yaradılmasında müstəsna rol oynadılar. Ordumuz həm də bu qəhrəman hərbçilərimizin fədakarlığı hesabına formalaşdı və ayağa qalxdı. Onun keçdiyi əzablı yollar doğula-doğula döyüşmək, döyüşə-döyüşə böyümək kimi ağır bir missiyanı özündə ehtiva edir. Bu çətin və keçilməz yolda ləyaqətlə addımlayan Azərbaycan ordusu indi çoxlarının köks ötürdüyü, görmək və tanımaq istəmədiyi danılmaz gücdür. Çünki həyatının bütün sahələrində qazandığı uğurlara görə ən yaxın rəqiblərini dəfələrlə üstələyir.

Bu gün yad torpaqlarda, isti, rahat otaqlarda oturub düşmənə vəkillik edənlər ordumuza çamur atmaqla öz torpağını qoruyan Azərbaycan əsgərinə can yandırdıqlarını düşünməsinlər. Bizim əsgərin düşmən kürkünə bürünmüş yabançı sevgisinə ehtiyacı yoxdur. Ona arxa-dayaq duran xalqı var, Dövləti var! Azərbaycan ordusu bu xalqın, bu dövlətin sevgisindən doğulub. Əsl sevgi isə həmişə böyük olur..."

Aysel İsgəndərova

VOİCEPRESS.AZ
Oxşar xəbərlər
XƏBƏR LENTİ
Bu gün, 22:28Referendum keçmişdə qaldı - Abadi Bu gün, 22:21Leyla Əliyeva Zülfiyyəni təbrik etdi Bu gün, 22:11Fransa sui-qəsd etməyi planlaşdıran 10 nəfəri yaxalayıb Bu gün, 21:39Azərbaycanda dekorativ balıqlar yetişdiriləcək Bu gün, 21:07"Rossiya 24" Bakıdan süjet yayımladı Bu gün, 21:05Netanyahudan Rusiyaya: İrana icazə vermərik... Bu gün, 20:51ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya Bu gün, 20:41Türkiyə hökumətindən teraktla bağlı ilk açıqlama Bu gün, 20:39İraq ordusu Kərkükdə peşmərgə heykəlini yandırdı Bu gün, 20:31Bərzani hiddətləndi: Kürdüstan xalqı bilsin ki... Bu gün, 20:28Polis rəisinin müavinini güllələyən şəxs həbs olundu Bu gün, 19:51Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar Bu gün, 18:50Türkiyədə polis avtomobili partladılıb Bu gün, 18:42Sumqayıt ərazisində 40 partlayıcı qurğu tapıldı Bu gün, 18:34“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb Bu gün, 18:22İranlı tələbəni öldürən beş nəfər həbs olunub Bu gün, 18:10"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" Bu gün, 18:01Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq Bu gün, 17:33İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi Bu gün, 17:26Manatın məzənnəsi Bu gün, 17:25Türkiyədə kömür mədənində uçqun - Dağıntılar altında qalanlar var Bu gün, 17:09“Biz ayrı yaşasaq da, ...” - Oksana Elşad Xosedən danışdı - VİDEO Bu gün, 17:01Deputat: "Əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə..." Bu gün, 16:52Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatdı Bu gün, 16:43700 şirkət Kataloniyanı tərk etdi Bu gün, 16:36Dünya liderləri İlham Əliyevi təbrik etdilər Bu gün, 16:17Moskvada məktəblər boşaldıldı: Dərslər dayandırıldı Bu gün, 16:09SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi Bu gün, 15:55Yeniyetmələrə tətbiq olunacaq yeni cəza növünün həddi məlum oldu Bu gün, 15:43Azərbaycan bu ölkəyə 355 milyon dollar investisiya yatırdı Bu gün, 15:23Britaniya da parçalanır? - Konvey Ayland müstəqillik istəyir Bu gün, 15:05"Rusiya işğalçı Ermənistanı silahlandırmaqdan çəkinməlidir" Bu gün, 14:53DÇ-2018: İsveç İtaliyaya, Yunanıstan Xorvatiyaya rəqib oldu Bu gün, 14:45Fikrət Hüseynli haqda həbs qərarı verildi Bu gün, 14:32Səfir: "Üç istiqamətdə atılacaq addımlar əlaqələrimizin inkişafına təkan verər”" Bu gün, 14:20"Sarkisyan status-kvonu saxlamaq üçün hər cür təxribata əl atır" Bu gün, 14:00"İnvestor bazasının yaradılması üzərində iş gedir" Bu gün, 13:55Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü başa çatdı Bu gün, 13:47"Avropa təşəbbüsü ələ alıb Azərbaycanı silahlandırmalıdır..." Bu gün, 13:22"Türkiyə Dağlıq Qarabağa gedən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir"
Все новости
VİDEO

© 2016 Copyright Voice Press. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir