• 12:15 – Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi 12:09 – Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL 11:43 – Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı 11:29 – Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ 11:26 – Milli komandamız bu gün Litvanı qəbul edir 
  • 15:21 – İlham Əliyev iraqlı həmkarına başsağlığı verdi 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 13:21 – Hava yenə PİSLƏŞƏCƏK – Bakıda yağış, bölgələrə qar yağacaq 

Ramazan təqvimini pozanlar tapılıb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ramazan təqvimi ilə bağlı monitorinqləri davam etdirir. Monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin bölgələrdə pozulması hallarına rast gəlinib. Xüsusilə Qazaxda və şimal-qərb bölgəsində. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Lakin bunlar o qədər də ciddi pozuntular olmayıb.

Onun sözlərinə görə, təqvimi pozan rəsmi din xadimləri deyil: “Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Monitorinq hələ davam edir".

S.Heydərov əlavə edib ki, hələlik rəsmi din xadimləri tərəfindən təqvimin pozulması halları aşkar edilməyib. Müəyyən qruplar var ki, bu pozuntulara onlar tərəfindən yol verilir.

Qurum rəsmisi ötən il zərərli dini ədəbiyyatın yayılmasına görə saxlanılanların sayını da açıqlayıb. O, 15 nəfərin bu əmələ görə məsuliyyətə cəlb edildiyini deyib. S.Heydərov bildirib ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq həmin şəxslərə cəzalar tətbiq edilib.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter