Erməni deputatın Bakıda təklifi: Qarabağdan danışmayaq

Ölkə içi / Manşet

846

Erməni deputatın Bakıda təklifi: Qarabağdan danışmayaq
Burada Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq.

VOİCEPRESS
xəbərinə görə, bunu Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

Deputat tədbirdə antierməni təbliğatı aparıldığını iddia edib


Onun sözlərinə görə, Avronest PA Ermənistan üçün üçün çox vacibdir: “Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır”.

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

VOİCEPRESS.AZ


Ранее » Xələf Xələfov dünyaya çağırış etdi« Далее Aprel döyüşlərinin qazisi şəhid əsgərinin anasını ziyarət e...