Azərbaycan Rohingya müsəlmanlarına 100 ton humanitar yardım göndərdi

Ölkə içi / Manşet

1 548

Azərbaycan Rohingya müsəlmanlarına 100 ton humanitar yardım göndərdi
Xarici İşlər və Fövqəladə Hallar Nazirlikləri Rohingya müsəlmanlarına göndərilən yardımla bağlı birgə məlumat yayıb.

VOİCEPRESS
-ə daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilmişdir.

Humanitar yardım "SilkWay" aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir".

VOİCEPRESS.AZ


Ранее » 600-dən yuxarı bal toplamış məzunları mükafatlandırıldı« Далее Bu gün bağlanan “26” adlı kafenin sahibi ...