Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Ədliyyə Nazirliyinə müraciət etdi

Ölkə içi / Manşet

774

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Ədliyyə Nazirliyinə müraciət etdi
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Apellyasiya Məhkəməsindən Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasına bəraət alması üçün müraciət edib.

VOİCEPRESS bildirir ki, bu barədə trend-ə Ş.Sultanovun vəkili Telman Abdiyev məlumat verib.

Vəkilin fikrincə, Ş.Sultanovun bəraət almaq imkanları çoxdur: "Artıq şikayət Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasına daxil olub. Yaxın günlərdə şikayətə baxılacaq".

Xatırladaq ki, bir neçə gün öncə Ş. Sultanov və digər 27 nəfərin Bakı Hərbi Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb. Prosesdə hökmdən proklurorluğun protest verdiyi məlum olub və iş yenidən baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Digər təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə isə 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəza verilib.

Həmçinin, təqsirləndirilən şəxslər Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər də müəyyən müddətə şərti cəza təyin edilməklə azadlığa buraxılıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

VOİCEPRESS.AZ


Ранее » Azərbaycan XİN "Amnesty Press"in müxbirini "arzuolunmaz şəxsl...« Далее "Xutor"dakı yanğın söndürüldü
Flag Counter