Azərbaycanda jurnalistlərə yazmaq üçün hər bir şərait yaradılıb

Ölkə içi / Manşet

1 431

Azərbaycanda jurnalistlərə yazmaq üçün hər bir şərait yaradılıb
Söz azadlığı, fikir müstəqilliyi, mətbuat azadlığı... Bütün bunlar Avropanın "inkişaf etməkdə olan dövlətlər" qarşısında qoyduğu tələblər arasındadır.
Hər bir demokratik ölkə üçün əsas meyarlardan biri söz və mətbuat azadlığıdır. Çünki məhz azad mətbuat plüralist cəmiyyətin əsas göstəricilərindən biridir. 140 ildən çox tarixi və özünəməxsus ənənələri olan Azərbaycan mətbuatı müstəqilliyinin ilk illərində əsl azadlığına qovuşa bilməmişdi. 90-cı illərinin əvvəllərində hakimiyyət orqanları, siyasi dairələr yeni ictimai formasiyanın tələblərindən irəli gələrək mətbuatın azadlığı naminə nəinki bir iş görmüşdülər, əksinə əvvəlki totalitar ənənələri daha da möhkəmləndirmişdilər.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatının inkişafında birinci intibah dövrü başlandı. O, Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı.

2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında” fərman imzalanmışdır.

Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev də KİV-nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin tərəfdarıdır. O cümlədən, mətbuat işçiləri üçün dövlət hesabına yaşayış binalarının tikilməsi də mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, jurnalistlər üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti ölkə mətbuatının inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir.

Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. Bunu yüksək qiymətləndirən mətbuat işçiləri Prezident İlham Əliyevi iki dəfə “Jurnalistlərin dostu” elan ediblər.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ


Ранее » Sabahın hava proqnozu« Далее DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı - Açıqlama