• 10:01 – Dövlət Komitəsindən seyf oğurlayan keçmiş məhkumun şikayətinə baxılacaq 09:24 – Azərbaycanın müdafiə naziri Pakistan Quru Qoşunlarının komandanı ilə görüşüb - VİDEO 07:38 – Bürc Xəlifə üzərində Yeni Zelandiya baş nazirinin şəkli yayımlanıb 07:23 – Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar" 00:11 – Avropadakı aksiyada Quranı yandırdılar 
  • 11:37 – İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir” 
  • 11:22 – Sıxılmış qazla işləyən avtobusların Azərbaycana idxalı ƏDV-dən azad ediləcək 
  • 14:00 – Nazirlik gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlara münasibət bildirib 

Emin Sabitoğlunun 80 illik yubileyi keçiriləcək

Prezident İlham Əliyev Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) anadan olmasının 80 illiyi tamam olur.

Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.

VOİCEPRESS bildirir ki, sərəncamda qeyd olunur ki, milli musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Emin Sabitoğlunun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter