• 00:06 – Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO 23:26 – Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı 22:57 – Güclü külək Şamaxıya da ziyan vurdu 22:39 – İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur 21:37 – “Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev 
  • 16:27 – Ombudsmandan Xocalı soyqırımı ilə bağlı bəyanat 
  • 08:26 – Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı 
  • 16:13 – Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI 

Azərbaycanlı gənc öz velosipedi ilə dünya ölkələrini gəzir

Azərbaycanlı gənc öz velosipedi ilə dünya turuna çıxıb. VOİCEPRESS-in məlumatına görə, bir il bundan əvvəl dünya ölkələrini gəzməyə başlayan gənc artıq 11395 km məsafəni qət edərək 9 ölkədə olub.

34 yaşlı Tural Abbasov adlı azərbaycanlı deyir ki, növbəti 3 il ərzində o, bütün dünyanı gəzmək niyyətindədir. Turalın sözlərinə görə, o, bundan əvvəl iki azərbaycanlının yarımçıq qoyduğu işi tamamlamaq istəyir.

"Məndən əvvəl iki azərbaycanlı gənc də velosipedlə dünya turuna start verib. Amma onlar bütün dünyanı gəzməyiblər. Mənsə bütün dünya ölkələrini gəzmək fikrindəyəm. Tura Azərbaycandan start verdim. Hazırda Malayziyaya çatıram. 372 gündür ki, yol gedirəm. Sponsorum yoxdur. Özümlə çadır götürmüşəm, lazım olanda ondan istifadə edirəm, yaxud çox ucuz otellərdə, hostellərdə gecələyirəm".

Tural Abbasov indiyədək ərazisindən keçdiyi ölkələrin adını da bizə açıqladı:Tural Abbasov bizə öz həyat yolundan da danışdı. Səyahətçi deyir ki, çoxu onun dünya turuna çıxdığını eşidəndə fikirləşir ki, yəqin, imkanlı ailənin oğludur. Amma əslində elə deyilmiş.

"Düzdür, mən kasıb deyiləm. Amma imkanlı ailədən də deyiləm. Sadəcə bu günə kimi nə əldə etmişəmsə, öz hesabıma əldə etmişəm. Əvvəllər BP-də işləyirdim, daha sonra Qızıl Aypara cəmiyyətində çalışmışam".

Tural ilk səyahətinə vətənindən başladığını bildirdi. "İlk dəfə Azərbaycanın rayonlarını qarış-qarış gəzdim. Sonra özümə söz verdim ki, bütün dünyanı gəzəcəm".


VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter