Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN! - VİDEO

Ölkə içi / Manşet

837

Kredit borcu olanlar - bu xəbəri MÜTLƏQ İZLƏYİN! - VİDEO
Dollarla olan kredit borcunu tam ödədikdən 2 il sonra bankdan ona 100 dollar borcu olması ilə bağlı xəbərdarlıq edilib. Üstəlik bu borcun hər gün artıdığı bildirilir.

Paytaxt sakini Rövşən Dəmirov 2014-cü ildə bankdan dollarla kredit götürüb. Dollar manat qarşısında dəyər qazandıqdan sonra başqa bir bankdan manatla kredit götürərək həmin borcu tam şəkildə ödəyib.

Şikayətçi bildirir ki, ötən 2 il ərzində ona borcunun olması ilə bağlı birdəfə xəbərdarlıq edilməyib. İndi Rövşən Dəmirovu maraqlandırır ki, niyə 2 il ərzində ona bir dəfə də borcun olmasına dair xəbərdarlqın edilməyib və borc hansı əsasla yaranıb.

Hüquqşünaslar isə belə halla qarşılaşmamaq üçün borc bitən zaman mütləq qaydada kreditin bağlanmasına dair arayışın alınmasını vacib sayır.

VOİCEPRESS bildirir ki, qanunvericiliyə əsasən ödəniş bitdikdən sonra bankın bununla bağlı 3 il ərzində vətəndaşa məlumat vermək və ya məhkəyə müraciət etmək hüqququ var. Hər bir halda tərəflər razılıqa gələ bilmirsə problem məhkəmə yolu ilə həll edilməlidir.



VOİCEPRESS.AZ


Ранее » Daha bir müavinətin miqdarı məlum oldu« Далее Bu cərimə 20 dəfə artırıldı