• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 15:28 – Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 11:04 – Bakıda xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforların hansı ərazilərdə quraşdırılacağı açıqlanıb 

Haqqin.az-ın əməkdaşı ermənilərə satıldı: Erməni xalqından üzr istəyib

2015-ci ildə ailəsilə Ermənistandan qaçaraq ölkəmizə sığınan və Haqqin.az-ın xüsusi müxbiri işləyən Vahan Martirosyan öz milli xüsusiyyətlərinə uyğun hərəkət edərək, bu dəfə Azərbaycana arxa çevirib.
VOİCEPRESS ovqat.com-a istinadən xəbər verir ki, erməni hüquq müdafiəçisi və jurnalisti dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.
Yeni yaranmış RAKİB analitik informasiya mərkəzi erməni xəyanətinin səbəbini Martirosyana edilən siyasi başqılarla əsaslandırıb. Analitik mərkəzin müxtəlif mənbələrdə əldə etdiyi məlumatlara əsasən, "Ermənistan-Azərbaycan Sülh Platforması"nın təşkilatçılarından və ilk üzvlərindən biri olan Vahan Martirosyan Ermənistan tərəfindən ciddi təzyiq altındadır:
“Martirosyanın məhv edilməsi üçün erməni kriminal avtoritetlər təəbələrinə ciddi əmr veriblər. Yaxın zamanlarda Martirosyanın öldürüldüyü xəbəri mətbuatda yayılarsa, heç də təəccüblü olmayacaq. Ən yaxşı ehtimalda Martirosyanı Ermənistan xüsusi xidmət orqanları efirə çıxarıb Bakıda vermiş olduğu bəyanatların əksinə bəyanat verməyə məcbur edəcəklər” - RAKİB-in adını çəkilməsini istəməyən əməkdaşı Ovqat.com-a açıqlamasında belə deyib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.

VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter