Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi

Ölkə içi / Manşet

3 150

Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi
Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

VOİCEPRESS
xəbər verir ki, bu barədə femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayrağı Meydanından start götürən "28 MAY - Respublika günü"nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.

------------

11:14

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü şərəfinə DTX tərəfindən təşkil olunmuş vətənpərvərlik yürüşündən əvvəl keçirilmiş konsertdə müğənni Aygün Kazımova da çıxış edib.


VOİCEPRESS xəbər verir ki, Aygün Kazımova bir neçə vətənpərvərlik ruhunda yazılmış mahnı ifa edib və gözlənilmədən səhnədən deyib ki, DTX-nın solisti olmaq arzusundadır.

Tədbirdə iştirak edən DTX rəhbərliyi müğənniyə cavab olaraq bildirib ki, o artıq özünü Dövlət Təhlükəsizlik Xidmətinin solisti hesab edə bilər.

VOİCEPRESS.AZ


Ранее » Bakıda hotelin şüşəsini təmizləyən iki işçi 7-ci mərtəbəd...« Далее Məşhur turizm mərkəzinə gedən yol yenidən qurulur