Xalq artisti Fərqanə Qasımova möhtəşəm konsert verdi

Ölkə içi / Mədəniyyət / Manşet

540

Xalq artisti Fərqanə Qasımova möhtəşəm konsert verdi
Bu gün Heydər əliyev sarayında Fərqanə Qasımova möhtəşəm konsert proqramı ilə çıxış edib.

Onun səsinin pərəstişkarları və ölkəmizdə olan xarici turistlər Heydər Əliyev sarayına axın ediblər. Və elə bu səbəbdən də ölkəmizin ən böyük mədəniyyət ocağında izdiham yaşanıb. Konsertin IV İslam Həmrəyliyi Oyunlarının yekununa yaxın təsadüf etməsi xarici qonaqların Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malik olan muğamı bir daha dinləyə bilməsinə şərait yaradıb. Əməkdar artist səhnəyə Gülnarə Xəlilovanın hazırladığı milli geyimdə çıxıb. “Mənə dünyanı verdin” adlanan konsertdə Fərqanə Qasımova mahnılar səsləndirib, atasını təbrik edib. Fərqanə xanım bir-birindən gözəl ifaları ilə tamaşıçalara zövq verib. Konsertin bədii rəhbəri Rüstəm Zeynallı idi. O, 13 nəfərlik ansamblla birgə təxminən, saat yarım davam edən axşamda həm Fərqanə Qasımovanı müşayət edib. Gecənin maraqlı məqamlarından biri də Alim Qasımovun sonda səhnəyə çıxması olub.

Qeyd edək ki, Fərqanə Qasımova bu konserti atasının 60 illik yubileyinə həsr edib.

VOİCEPRESS xəbər verir ki, xalq artistinin Heydər əliyev sarayında ilk çıxışı deyil. Belə ki, 1996-cı ildən başlayaraq, atası – xanəndə Alim Qasımovla birgə Heydər Əliyev adına sarayın səhnəsində 1998, 2000, 2005, 2006-cı illərdə illərdə çıxış edib.



IV İslam Həmrəyliyi Oyunlarının açılışı zamanı Alim Qasımovun ecazkar səsi ilə ifa etdiyi Azan bütün müsəlman və türk dünyasının bir ömür yaddaşında həkk olundu.



VOİCEPRESS.AZ


Ранее » Xalq artistinin vəziyyəti pisləşdi« Далее Habil Əliyevin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək