Ombudsman aparatının nümayəndələri hərbi hissələri yoxladılar

Ölkə içi / Manşet

477

Ombudsman aparatının nümayəndələri hərbi hissələri yoxladılar
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin birgə təsdiq etdikləri tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri "N" nömrəli hərbi hissələrə baxış keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, Ombudsman aparatının hərbi qulluqçuların hüquqi müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsman aparatının sektor müdiri Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

VOİCEPRESS.AZ


Ранее » "Azərbaycan Yay Olimpiya Oyunlarını keçirmək məqsədinə də nail olacaq...« Далее Yağış yağacaq