Xalq artisti oğlunun ölümünə dözmədi - YENİLƏNİB

Ölkə içi / Mədəniyyət / Manşet

1 782

Xalq artisti oğlunun ölümünə dözmədi - YENİLƏNİB
Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

VOİCEPRESS
xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Qeyd edib ki, R. Zöhrabov bəstəkar və musiqi tədqiqatçısı kimi onlarla əsərin, dərsliyin, monoqrafiyanın müəllifidir.

Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov R. Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb.

Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Ramiz Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub.

"Şöhrət" ordeni ilə təltif olunmuşdu, Prezident təqaüdçüsü idi.


14:31

Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi başlayıb.

VOİCEPRESS
-in məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edir.

Bəstəkar II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. "Şöhrət" ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi.


12:10

Xalq artisti, Bəstəkarlar İttifaqının keçmiş katibi, professor Ramiz Zöhrabov bir neçə saat öncə vəfat edib.

VOİCEPRESS
xəbər verir ki, bu barədə Zöhrabovun dostu, tanınmış şair Vüqar Əhməd məlumat verib.

Qeyd edək ki, muğam müsabiqəsinin keçmiş jürisi R.Zöhrabovun oğlu, rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurmuş və həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmamışdı.

Allah rəhmət eləsin!

VOİCEPRESS.AZ


Ранее » Əməkdar artistin 60 illik yubileyi qeyd olunacaq« Далее "Receb İvedik- 5" - 4 maydan Park Cinemada